DataLife Engine > Xəbər, GÜNDƏM > Səudiyyənin Bakı səfirliyi “qara siyahı”sını yaydı

Səudiyyənin Bakı səfirliyi “qara siyahı”sını yaydı


9-06-2017, 17:49. Yerləşdirdi: sefa Səudiyyənin Bakı səfirliyi “qara siyahı”sını yaydı
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin milli təhlükəsizlik orqanları Qətərlə bağlı 59 şəxsi və 12 qurumun adını “qara siyahı”ya salıb.

Xalqinfo.az-ın məlumatına görə, Teleqraf.com-a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən bildirilib ki, siyahı mütəmadi olaraq yenilənəcək.

Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı terrorizmlə, onun mənbələrinin qurudulması, ekstremist ideologiyalar, onların təbliğat vasitələri və təşviqi ilə mübarizə, ona son qoyulması üçün birgə iş, cəmiyyəti onlardan qorumaq haqqında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir:

“Qətər hökumət orqanlarınının dövlətlərin təhlükəsizliyini təhdid edən ünsür və təşkilatlara dəstək və sığınacaq verməməklə bağlı imzaladığı öhdəlik və sazişləri pozmaqda davam etməsi təəssüf doğurur. Qətərin imzaladığı 2013-cü il Riyad Razılaşması, onun icra mexanizmləri, ona olunan 2014-cü il Əlavə Razılaşmasında göstərilənlərə əməl edilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoymaması nəticəsində belə mənzərənin yarandığı bildirilir. Bu dörd dövlətin milli təhlükəsizliyi qərargahı Qətərdə olan və ya onun tərəfindən dəstəklənən terrorçu şəxs və təşkilatların təxribat hədəfinə çevirib və xaosun yayılmasına səbəb olub. Siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edirlər. Bu, Qətərin ikili siyasətini göstərir. Bu dövlət bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir”.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn terrorla mübarizəni davam etdirəcək, mənbəyindən asılı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaq:

“Heç bir dövlət bu cür fəaliyyətlərə qarşı səssiz qalmamalıdır. Bu bəyanatı elan edən dövlətlər terror, ekstremizm, zorakılıqla mübarizə üçün gördükləri tədbirlərə dəstək verən dövlətlərə təşəkkürünü bildirir, dünyaya yayılan və bəşəriyyətə ziyan vuran bu təzahürlərə son qoymaq üçün göstərilən səy və əməkdaşlığın davam etdirilməsində onlara arxalanır”.

Səfirlik tərəfindən açıqlanan siyahını təqdim edirik:

Fiziki şəxslər:

1. Xəlifə Məhəmməd Türki əs-Subaie - Qətər

2. Əbdülmalik Məhəmməd Yusif əs-Salam - İordaniya

3. Əşrəf Məhəmməd Yusif Osman Abdulsalam - İordaniya

4. İbrahim İsa Al-Haci Məhəmməd əl-Baker - Qətər

5. Əbdüləziz bin Xəlifə əl-Atiya - Qətər

6. Salim Həsən Xəlifə Rəşid əl-Kuvari - Qətər

7. Abdullah Ğanim Müslimə-Xavvar - Qətər

8. Sədbin Səd Məhəmməd əl-Kaabi - Qətər

9. Abdullətif bin Abdullah əl-Kuvari- Qətər

10. Məhəmməd Səid binHəlvan əl-Səqtəri - Qətər

11. Əbdurrəhman bin Amir əl-Nəimi - Qətər

12. Əbdülvahab Məhəmməd Əbdürrahmanəl-Həmiqani - Yəmən

13. Xəlifə bin Məhəmmədər-Rubbən - Qətər

14. Abdullah bin Xalid Al Tani - Qətər

15. Abdürahim Əhmədəl-Haram - Qətər

16. Həccacbin Fəhd Həccac Məhəmməd Əl Əcmi - Küveyt

17. Mübarək MəhəmmədƏcmi - Qətər

18. Cabir bin Nasir əl-Mərri - Qətər

19. Yusif Abdullah Al-Qardavi - Misir

20. Məhəmməd Casiməl-Sulayti - Qətər

21. Əli bin Abdullahəl-Suvaydi - Qətər

22. Haşim Saleh Abdullah əl-Avadi - Qətər

23. Əli Məhəmməd Məhəmməd əs-Səlabi - Liviya

24. ƏbdulhəkimBelhac - Liviya

25. əl-Mehdi Harati - Liviya

26. İsmayıl Məhəmməd Məhəmmədəs-Səlabi- Liviya

27. Sadiq Əbdürrəhman Əli Ğiryani - Liviya

28. Həməd Abdullah Əlfatisəl-Marri - Qətər

29. Məhəmməd Əhməd Şövqi İslambuli - Misir

30. Tariq Əbdülmövcud İbrahim əz-Zumr - Misir

31. Məhəmməd Əbdülmaksud Məhəmməd Afifi - Misir

32. Məhəmmədəl-Səğir Əbdürrəhim Məhəmməd - Misir

33. Vəcdi Əbdulhəmid Məhəmməd Ğanim - Misir

34. Həsən Əhməd Həsən Məhəmməd Duqqiə-Huti–Əmirlik

35. Hakim Əbisanəl-Həmidi əl-Mutayri - Səudiyyə / Küveyt

36. Abdullah Məhəmməd Süleymanəl-Mühaysni - Səudiyyə

37. Həmid Abdullah ƏhmədƏli - Küveyt

38. Əymən Əhməd Əbdülğani Həsəneyn - Misir

39. Asim Əbdülmacid Məhəmməd Madi - Misir

40. YəhyaƏqil Salman Əqil- Misir

41. Məhəmməd Hamada əs-Seyyid İbrahim - Misir

42. Əbdürrəhman Məhəmməd Şükrü Əbdürrəhman- Misir

43. HüseynMəhəmməd Rıza İbrahim Yusif - Misir

44. Əhməd Əbdülhafiz Mahmud Əbdülhüda - Misir

45. Müslüm Fuad Tarfan - Misir

46. ​​Əymən Mahmud Sadiq Rüfət - Misir

47. Məhəmməd Səd Əbdünnəim Əhməd - Misir

48. Məhəmməd Səd Əbdülmüttəlib Əbdühüər-Raziqi - Misir

49. Əhməd Fuad Əhməd Cad Baltacı - Misir

50. Əhməd Rəcəb Rəcəb Süleyman - Misir

51. Kərim Məhəmməd Məhəmməd Əbdüləziz - Misir

52. Əli Zəki Məhəmməd Əli - Misir

53. Naci İbrahim əl-Uzuli - Misir

54. Şahata Fəthi Hafiz Məhəmməd Süleyman- Misir

55. Məhəmməd Məhərrəm Fəhmi Əbu-Zeyd - Misir

56. Amr Əbdünnasir Əbdülhaq Əbdulbari - Misir

57. Əli Həsən İbrahim əz-Zahir - Misir

58. Mürtəza Məcidəs-Sindi - Bəhreyn

59. Əhmədəl-Həsənəd-Dəski - Bəhreyn

Təşkilatlar:

1. Qətər Könüllü İş Mərkəzi- Qətər

2. Doha Apple şirkəti (İnternet vətexnoloji dəstək şirkəti) - Qətər

3. Qətər xeyriyyə- Qətər

4. Şeyx Eydal Tani xeyriyyə təşkilatı - Qətər

5. Şeyx Tani bin Abdullah adına humanitar xidmətlər təşkilatı - Qətər

6. Benğazini Müdafiə Rotası - Liviya

7. Əl-Əştər Rotası - Bəhreyn

8. 14 fevral Koalisiyası - Bəhreyn

9. Müqavimət Rotası - Bəhreyn

10. Hizbullah Bəhreyn - Bəhreyn

11. Muxtar Rotası - Bəhreyn

12. Bəhreyn Azadlıq Hərəkatı - Bəhreyn
Geri qayıt