DataLife Engine > Xəbər, GÜNDƏM > Azərbaycanlı gəncə yüksək vəzifə verildi -

Azərbaycanlı gəncə yüksək vəzifə verildi -


23-05-2017, 22:36. Yerləşdirdi: sefa Azərbaycanlı gəncə yüksək vəzifə verildi -
Gürcüstanda gənc soydaşımız yeni vəzifəyə təyin olunub. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində çalışan Zaur Darğallı bu gün Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, bir qızı var.
Geri qayıt