DataLife Engine > Xəbər, Sosial > “Kim hansı yola düşübsə, vaxtında qarşısını almaq lazımdır”

“Kim hansı yola düşübsə, vaxtında qarşısını almaq lazımdır”


7-04-2017, 14:13. Yerləşdirdi: sefa “Kim hansı yola düşübsə, vaxtında qarşısını almaq lazımdır”
“Son günlər kim kimi qaçırdı, kim kimləsə evlənib kimi məsələlər Azərbaycan mediasında geniş yer alır. Bunlar milli-mənəvi dəyərlərə zidd hərəkətlərdir”

“Xalqinfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov insan alverinə qarşı mübarizə ilə bağlı hesabatın müzakirəsində çıxış edərkən deyib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ictimai qınaq məsələsi gündəmə gətirilməlidir: “Mili- mənəvi dəyərlərə zidd olan tədbirləri bəlkə də hüquq-mühafizə orqanları ilə birgə aparmaq lazımdır. Bu elə bir sahədir ki, pul varsa insanları cəlb edir. Bu baxımdan kim hansı yola düşübsə, vaxtında onun qarşısını almaq lazımdır”.
Geri qayıt