DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Bakı-Sumqayıt yolundakı ağır qəzada ölənlərin sayı - 5 nəfərə çatdı (Yeniləndi)+Video

Bakı-Sumqayıt yolundakı ağır qəzada ölənlərin sayı - 5 nəfərə çatdı (Yeniləndi)+Video


9-03-2017, 11:54. Yerləşdirdi: sefa Bakı-Sumqayıt yolundakı ağır qəzada ölənlərin sayı - 5 nəfərə çatdı (Yeniləndi)+Video
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova “Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 17 nəfər yaralı aparılıb.

Nazirlik rəsmisi deyib ki, onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb: "Hazırda xəstəxanada 15 nəfər müalicə olunur. Daha 4 nəfər Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü ölüb. Bir nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

5 yaralı isə Xırdalandakı xəstəxanaya çatrılıb. Onlardan ikisi dünyasını dəyişib. Hazırda yaralıların vəziyyəti orta-ağırdır".

L.Bayramovanın sözlərinə görə, hazırda nazirliyin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardımın göstərilməsini təmin etmək üşün xəstəxanalara ezam olunublar.

* * * 10:55

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.

Sumqayıt Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim həlak olublar.

Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib.

Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıbmış.

Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub.

* * * 10:24

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

* * * 10:14

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Xalqinfo"-nun məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: "Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış "Zil" markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır".


Geri qayıt