Şəhid Aqşin Abdullayev torpağa tapşırıldı - Fotolar + Video
28-02-2017, 14:59. Yerləşdirdi: sefa
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də mayor Abdullayev Aqşin İsmayıl oğludur.
Xalqinfo.az-ın Şəkidəki əməkdaşı xəbər verir ki, şəhid Aqşin Abdullayevin cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, ziyalıları iştirak edib.
Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına başsağlığı verib, onun qanının yerdə qalmayacağını söyləyiblər.
Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə yaylım atəşi açılıb, şəhidin tabutu üzərinə sərilmiş Azərbaycanın üçrəngli bayrağı onun atası İsmayıl Abdullayevə verilib.
Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.
Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Məmmədovun və bütün kollektivin adından şəhidlərimizin ailələrinə, yaxınlarına baş sağlığı veririk.
Allah rəhmət eləsin!
Xalqinfo.az
Geri qayıt