DataLife Engine > Xəbər, MANŞET > Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı


3-09-2014, 10:41. Yerləşdirdi: test Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza zamanı “VAZ-2106" markalı avtomobildə olan Murad İman oğlu İmranov, Mürvət Mehman oğlu Baxşıyev, Ramin Hafiz oğlu Qasımov, Eyyub Araz oğlu Cəfərov, Mehman Kamran oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Qəza zamanı ölən digər sərnişinin şəxsiyyəti hələlik məlum deyil.
Geri qayıt