DataLife Engine > Xəbər > Keçmiş polisin dəhşətli cinayətləri -

Keçmiş polisin dəhşətli cinayətləri -


10-01-2017, 15:41. Yerləşdirdi: sefa Keçmiş polisin dəhşətli cinayətləri -

İyirmi iki qadın öldürdüyünə görə həbs edilən qatil inanılmaz etiraflar edib.

Xalqinfo” rus KİV-nə istinadən xəbər verir ki, İrkutskda həbs edilərək ömürlük cəza alan eks-polis Mixail Popkov daha 47 qadını qətlə yetirdiyini deyib. Onun bu etirafından sonra istintaq əməkdaşları sözügedən mərhumların məzarlarını açmalı, meyitlərin ekskumasiyasını, məhkəmə-tibbi və digər ekspertlərini təyin etməli olublar.

Bütün qətlləri etiraf edən Popkovun sözlərinə görə, o, yalnız əxlaqsız həyat tərzi sürən qadınları öldürüb.

İstintaqın məlumatına görə, Anqarskda yaşayan sabiq polisin ilk qətl hadisəsi elə həmin ərazidə, 1994-cü ildə olub. O, digər hadisələri də elə Anqarsk bölgəsində törədib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Keçmiş polisin dəhşətli cinayətləri -
Geri qayıt