DataLife Engine > Xəbər, Şou > “O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -

“O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -


10-01-2017, 14:00. Yerləşdirdi: sefa “O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -

“İndi isə gərçəkləri birdə məndən eşidin. Keçən il mən qatıldığımda, ilk tur çox səs küyə səbəb oldu. 4 videom 1 həftə içində 1milyon izlənməyə çatan kimi youtube-dən silindi”.

Xalqinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı, “O səs Türkiyə” yarışmasının eks-iştirakçısı Aynişan Quliyeva bildirib.

Gənc müğənni sosial şəbəkədə müsabiqə barədə maraqlı məqamlara toxunub:

“Mən o zaman şübhələnmişdim...Ç ünki öz iştirakçılarının videosu mənimkindən də çox izləndiyi halda silinməmişdi. Nəisə, sonra ikinci dəfə səhnəyə çıxma şansı vermədən balaca otaqda ələdilər. İlk turdan keçməyimizin bir mənası qalmamışdı.Çünki, eyni mahnı və səhnə yox idi. Orda məndən qat qat güclü ifaçılar olduğu üçün və bu yarışmanın mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim.Sadəcə təşəkkür etdim”.

“O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -














Aynişan “O səs Türkiyə” komandasının vicdana sığmayan addım atdıqlarını söyləyib:

“Amma builki hərəkətləri heç bir vicdana sığmayan oldu. Mən Zülfü Əsədzadə ilə bərabər ikinci ələməyə, yəni yenə qapalı ələməyə getdim. Dedilər Zülfü, İlham, Gülşən və bir azərbaycanlı xanım, daha iki Türkiyə vətəndaşı bir qrupa düşüb. Biz bunun bir qurğu olduğunu anladıq.

Mənə hərdən elə gəlir ki, gizli otaq turunu məhz azərbaycanlıları ələmək üçün yaradıblar, çünki dünyada yayınlanan heç bir “The voice” yarışmasında bu qanun yoxdu. Və bu, qeyri-qanunidir! Elnur qalib olandan sonra bu ələmə turuna başladılar”.

Əməkdar artistin qızı bildirib ki, azərbaycanlıları o yarışmada görmək istəmirlər:

“Halbuki bu il məhz bu 3 azərbaycanlı o yarışmada furor etmişdi.Və bu yarışmacıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilib və üzə düşüb turlardan keçirtmək məcburiyyəti olacaq.SMS oylamasına gəlib çatsa, azərbaycanlılar onları 1-ci edəcəklər!

Səbəb budur. Bizi artıq o yarışmada istəmirlər... O otaqda oxuduqlarını da yayınlamayacaqlar, çünki o uşaqların ifasının möhtəşəmliyini heç kimin görməsini istəmirlər. Əziz xalqımız, bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və ələniblər! Güclü olaraq oranı tərk ediblər! Var olsun istedadlarımız”.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

“O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -
“O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -
“O turu azərbaycanlıları ələmək üçün yaradıblar” -
Geri qayıt