DataLife Engine > Xəbər > Ucarda ölümlə nəticələnən yol qəzası

Ucarda ölümlə nəticələnən yol qəzası


2-01-2017, 22:05. Yerləşdirdi: sefa Ucarda ölümlə nəticələnən yol qəzası

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qazıqumlaq kəndində qeydə alınıb.

Rayon sakini Hacı Ələsgər oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Sahib Valeh oğlu Novruzəliyevin idarə etdiyi "VAZ- 2106" markalı maşın toqquşub.

Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü S. Novruzəliyev ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımına baxmayaraq o, xəstəxanada ölüb. Hadisənin başvermə səbəbi rayon polis şöbəsində araşdırılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt