DataLife Engine > Xəbər, Dünya, BLOK XƏBƏR, MANŞET > 91 nəfərin olduğu təyyarə qəzaya uğradı - 12 nəfərin meyiti tapıldı (YENİLƏNİB)

91 nəfərin olduğu təyyarə qəzaya uğradı - 12 nəfərin meyiti tapıldı (YENİLƏNİB)


25-12-2016, 20:27. Yerləşdirdi: sefa 91 nəfərin olduğu təyyarə qəzaya uğradı - 12 nəfərin meyiti tapıldı (YENİLƏNİB)

Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə meyiti tapılan şəxslərin sayı 12 nəfərə çatıb.

***
Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən "Tu-154" tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.

Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.

13:32

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154" tipli təyyarəsinin sərnişinlərindən daha dördünün cəsədi tapılıb.

Xaqİnfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.

12:55

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154" tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb.

Xalqİnfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.

Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.

Təyyarədə 8 heyət üzvü və 84 sərnişin olub.

12:08

Rusiya Müdafiə Nazirliyinə aid olan və bu gün səhər saatlarında Soçidən havaya qalxdıqdan sonra Qara dənizə düşən Tu-154 təyyarəsi 33 il əvvəl - 1983-cü ildə istehal olunub və istismara verilib.

Xalqinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, təyyarənin Moskva ətrafındakı Çkalovsk hərbi aerodromundan havaya qalxdıqdan sonra Mozdokda yanacaq götürmək üçün enməsi nəzərdə tutulmuşdu. Lakin Şimali Qafqazda hava şəraiti əlverişsiz olduğundan təyyarənin Soçidə yanacaq götürməsi qərara alınıb.

Soçidəki istirahət bazalarından birindən şahidlər deyiblər ki, Tu-154-ün qəzaya uğraması anında onlar təyyarə mühərriklərinin yüksəkdən səsini eşidiblər. Lakin təyyarənin düşdüyü anı görməyiblər.

Digər informasiyaya görə, təyyarənin sərnişinləri arasında daha iki general olub. Onlardan biri Rusiya Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri, general-leytenant Valeri Mixayloviç Xəlilovdur.

Müdafiə Nazirliyindəki mənbə həkim-xeyriyyəçi doktor Lizanın (Yelizaveta Qlinka), həqiqətən, Suriyaya uçan heyətin tərkibində olduğunu təsdiqləyib. Lakin bildirib ki, doktor Liza uçuşqabağı nəzarətdən keçəndən sonra onun adını sərnişinlərin siyahısından çıxarıblar.

Digər məlumata görə, təyyarənin sərnişinləri arasında Rusiya Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri, general-leytenant Vladimir İvanosvki də olub. Bu, Suriyaya görə həyatını qurban verən ən yüksək rütbəli Rusiya zabiti hesab oluna bilər.

Xatırladaq ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi yaraqlılardan təmizlənmiş Hələb şəhərinə hərbi polis batalyonu yeridib. General İvanosvki Sankt-Peterburqdandır, Putinin yerlisidir, bundan əvvəl Müdafiə Nazirliyinin maddi-texniki təchizat idarəsinə rəhbərlik edib.

"1-ci Kanal" bildirir ki, Qara dənizdə qəzaya uğrayan Tu-154 təyyarəsində kanalın çəkiliş qrupu-müxbir Runkov, operator Denisov və səs operatoru Soydov olublar. "Zvezda" telekanalı isə təyyarədə üç nəfərlik çəkiliş qrupunun olduğunu təsdiqləyib, ancaq əlavə məlumat verməyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin bildirdiyinə görə, Qara dənizdə sahildən 1.5 kilometr aralıda təyyarənin şassisinin dayağı tapılıb.
Bu detal dənizin 50-70 metr dərinliyindədir. Sahildən 5.5 km məsafədə isə yağ ləkələri aşkar olunub. Bu əlamətlər təyyarənin əvvəl təxmin edildiyi kimi Krasnodar vilayətinin dağlıq ərazisində deyil, dənizə düşdüyünü göstərir.

11:36

Qəzanın araşdırmaları nəticəsində 1 nəfərin cəsədi aşkarlanıb.

Xalqİnfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 92 nəfər olub.

---------

10:35

İtkin düşən TU-154 təyyarəsi Qara dənizə düşüb.


Xalqİnfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb.

10:15

Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarə Krasnodar vilayətinin dağlıq hissəsində qəzaya uğrayıb.

Xalqİnfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi ilkin məlumat olaraq deyib.

---------

09:46


Rusiya Müdafiə Nazirliyi radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.

Xalqİnfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi "Tu-154" təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.

----------

09:13

Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.


Xalqİnfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 70-ə yaxın adam olub.

Bildirilir ki, təyyarə Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşmüşdü.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt