DataLife Engine > Xəbər > Hirkan Milli Parkı yanır

Hirkan Milli Parkı yanır


29-07-2014, 13:47. Yerləşdirdi: Tural Hirkan Milli Parkı yanır
Azərbaycanda Milli parkda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Lənkəran rayonu, Hirkan Milli Parkında yanğın hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir necə gün öncə də Lənkəranda və Lerikdə meşə massivində yanğın olub. Yanğının qarşısını almaq üçün FHN helikopterlərindən də istifadə edilib. Alovla mübarizə bir necə gün davam edib.
Geri qayıt