DataLife Engine > Xəbər, Siyasət, MANŞET > ABŞ təzyiqinə imkan verməyəcəyik-Putin

ABŞ təzyiqinə imkan verməyəcəyik-Putin


15-07-2014, 10:59. Yerləşdirdi: Tural ABŞ təzyiqinə imkan verməyəcəyik-Putin
Rusiya prezidenti Vladimir Putin BRICS (Braziliya, Rusiya, Hindistan, CAR) sammiti ərəfəsində verdiyi müsahibədə bildirib ki, həmkarları ilə ABŞ-nin Rusiyaya qarşı yönəltddiyi sanksiyalar nəticəsində yaşanan vəziyyəti müzakirə edəcək. Hazırda Rusiyanın ABŞ və müttəfiqlərinin sanksiyalarına məruz qaldığını xatırladaraq Putin bildirib ki, “zirvədə qaldıracağımız əsas məsələlərdən biri, günü-gündən tez-tez rastlaşdığımız ölkələrə qarşı birtərəfli sanksiyalar olacaq”.

Dövlət başçısı "çıxışlarında müxtəlif formada bu növ təcrübəni pisləyən BRICS tərəfdaşlarına” Moskvanın minnətdar olduğunu da qeyd edib.

Putin əmindir ki, "Baş verənlərdən əsaslı nəticələr əldə etmək lazımdır".

Onun sözlərinə görə, BRICS ölkələri mütləq “birgə işləyərək ABŞ və müttəfiqlərinin istənilən qərarı ilə razılaşmayan ölkələrin bu cür təqib olunmağındansa, daha sivil və ikitərəfli hörmətə bağlanan dialoqların təşkilinin mümkünlüyünü həyata keçirən tədbirlər planı üzərində işləməlidirlər”.

Qeyd edək ki, Vladimir Putin BRİKS əsasında hər –hansı bir hərbi-siyasi ittifaq formalaşmasını düşünmədiklərini bildirib.
ans press
Geri qayıt