DataLife Engine > Xəbər > Paytaxtın bəzi yerlərində bataqlaşma gedir

Paytaxtın bəzi yerlərində bataqlaşma gedir


14-11-2016, 19:38. Yerləşdirdi: sefa Paytaxtın bəzi yerlərində bataqlaşma gedir

Bakının bəzi yerlərində, eləcə də Masazır ərazisində subasma hadisələri - atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması baş verib.

Xalqİnfo.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələrində, Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” və daş karxanası adlanan ərazilərdə subasma hadisələri müşahidə edilib: “Hazırda həmin ərazilərdə qrunt sularının səviyyəsi yer səthindən yuxarıdır. Evlərin zirzəmisini, həyətyanı sahələri, yolları 20-25 sm-ə qədər su basıb”.

R.Həsənov bildirib ki, bəzi yerlərdə artıq bataqlaşma hadisəsi baş verir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt