DataLife Engine > Xəbər, GÜNDƏM > Azərbaycan-Rusiya sərhəddində tıxac var -

Azərbaycan-Rusiya sərhəddində tıxac var -


11-11-2016, 12:02. Yerləşdirdi: sefa Azərbaycan-Rusiya sərhəddində tıxac var -

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.

Xalqİnfo.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir.

Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.

Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt