DataLife Engine > Xəbər, Siyasət > Çovdarovun vəziyyəti ağırdır -

Çovdarovun vəziyyəti ağırdır -


10-11-2016, 12:48. Yerləşdirdi: sefa Çovdarovun vəziyyəti ağırdır -

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses saat 11-ə təyin olunsa da, hələ də başlamayıb.

Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, prosesdə fasilə elan olunub. Buna səbəb A.Çovdarovun məhkəməyə gətirilməməsi olub: "Akif Çovdarovun səhhəti ilə bağlı problemləri var. Hazırda təcridxanada bir neçə həkim onun müayinə və müalicəsi ilə məşğul olur. Mümkün olarsa, günortadan sonra Akif Çovdarov məhkəməyə gətiriləcək".

Prosesdə bu gün saat 12:30-a qədər fasilə elan olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt