DataLife Engine > Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM > Zəlzələ 10 N-li platformanın döşəməsindəki lövhələri qaynaqdan qopartdı

Zəlzələ 10 N-li platformanın döşəməsindəki lövhələri qaynaqdan qopartdı


6-11-2016, 18:37. Yerləşdirdi: sefa Zəlzələ 10 N-li platformanın döşəməsindəki lövhələri qaynaqdan qopartdı

4 noyabr 2016-cı il tarixində təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində ötən il dekabrın 4-də baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilmişdir.

Xalqİnfo.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olmuşdur.

İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunmuşdur.

Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmamışdır.

Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt