DataLife Engine > Xəbər > Gömrükçülər psixotrop maddə aşkar ediblər

Gömrükçülər psixotrop maddə aşkar ediblər


27-10-2016, 10:03. Yerləşdirdi: sefa Gömrükçülər psixotrop maddə aşkar ediblər
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Xalqİnfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Geri qayıt