DataLife Engine > Xəbər > YAP İmişli rayon təşkilatının geniş iclası keçirilmişdir-

YAP İmişli rayon təşkilatının geniş iclası keçirilmişdir-


3-07-2014, 10:06. Yerləşdirdi: Tural YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının yaranmasının
21 il dönümü münasibətilə İdarə heyəti və Şura üzvlərinin geniş iclası keçirilmişdir.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev rayon təşkilatının adından iclas iştirakçılarını salamladı, YAP imişli rayon təşkilatının yaranmasının 21 il dönümü münasibətilə təbrik etdi.
İclas sədri çıxışında bildirdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından ölkədə xaos və ictimai-siyasi böhran meydana gəldi. Belə bir zamanda respublikanı bu ağır ictimai-siyasi böhrandan çıxarmaq üçün güclü siyasi liderə ehtiyacı vardı. Belə bir siyasi lider o vaxtki Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi.Ümummilli lider Heydər Əliyev xalqı bu ağır vəziyyətdən çıxarmaq üçün, xalqın təkidli tələbi ilə geniş siyasi fəaliyyətə başladı. 1992-ci ildə noyabr ayının 21-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası təsis edildi. Qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlər partiya sıralarına daxil oldular. 1993-cü il 03 iyulda İmişli rayonunda da Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsis edildi. Rayonumuzda o dövrün ən yaxşı ziyalıları, zəhmət adamları rayon təşkilatının yaradılmasını alqışladılar və onun sıralarına daxil oldular. YAP həmin vaxtdan indiyə qədər ideya siyasi və təşkilati cəhətcə daha da möhkəmlənmiş və öz sıralarını durmadan genişləndirir.
1993-cü ilin iyul ayında təsis olunan YAP İmişli rayon təşkilatı 8029 nəfər üzvü özündə birləşdirən 96 ərazi ilk partiya təşkilatından ibarətdir. Partiya üzvlərindən 2505 nəfərini və ya 31.20%-ni gənclər, 2439 nəfərini və ya 30.37%-ni qadınlar təşkil edir .
Iclas sədrinin çıxışından sonra partiyanın veteran üzvlərindən Şura üzvü Həsən Hüseynov çıxış etdi. O, bildirdi ki, bildiyiniz kimi bu gün YAP İmişli rayon təşkilatının yaranmasının 21 il dönümünü qeyd etmək üçün bura yığışmışıq. Biz rayonda bu partiyanın yaranmasında fəal iştirak etmişik. YAP-ın qurultaylarının iştirakşısı olmuşuq, bir çox müşavirələrdə iştirak etmişik.
YAP İmişli rayon təşkilatı bu illər ərzində rayonda gedən ictimai-siyasi proseslərdə, hüquqi və demokratik cəmiyyət quruculuğunda, islahatların davam etdirilməsində, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişaf etdirilməsində icra hakimiyyəti orqanları ilə birlikdə yaxından iştirak etmişdir.
Hal-hazırda YAP H.Əliyevin davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız Qafqazda lider ölkə olaraq qalır. Partiya üzvləri rayon icra hakimiyyəti başçısının gördüyü işlərə daima dəstəkçidir. Prezident İ.Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər hər bir Azərbaycan vətəndaşının rifahına xidmət edir.
YAP İmişli rayon təşkilatı gənclər birıiyinin sədri Rüstəm Vəliyev çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə həmişə gənclərə diqqət və qayğı göstərmişdir. O, xalqımız üçün misilsiz xidmətlər göstərib. Bir sözlə, Azərbaycanın inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Partiya fəalları daim başqalarına nümunə olur, fədakarlığı, tələbkarlığı ilə seçilirlər. Buna görə də YAP-ın əsas diqqət yetirdiyi şəffaflıq və obyektivlik prinsiplərinə sədaqətlilik təcrübəsi daim öyrənilir, təbliğ edilir. Partiyanın region dövlətlərindəki siyasi qurumlarla əməkdaşlığı bir daha göstərir ki, qonşu ölkələrdə bu partiya ilə rəqabət apara biləcək siyasi təşkilat yoxdur. Prezident, Parlament, Bələdiyyə seçkilərində qazandığı uğurları ilə fərqlənən YAP yenə də mütəşəkkil qüvvə kimi xalq tərəfindən dəstəklənir.
YAP İmişli rayon təşkilatı Qadınlar Şurasının sədri Validə Zülfiqarova çıxışında bildirdi ki, bu gün rayon partiya təşkilatının 21 illik yaşı tamam olur. Azərbaycanın birinci xanımı YUNESKO və İSESKONUN xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın biz qadınlara göstərdiyi əvəzsiz qayğısı nəticəsində daha cəsarətli işlər görürük. Qadınlarımız bu gün cəmiyyətin aparıcı qüvvəsidir.YAP İmişli rayon təşkilatı Qadınlar Şurasının bütün üzvləri çalışır ki, partiya üzvlüyünə qəbulun sayı artsın. Siyasi cəhətcə hazırlıqlı, savadlı, dünyağörüşlü qadınlar YAP-ın üzvlüyünə qəbul olunsunlar.
YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü Əfqan Hüseynov və Şura üzvü Səxavət Tağıyev çıxış edərək bildirdilər ki, yarandığı ilk gündən kəmiyyət və keyfiyyətcə dəyişməyi, müasirliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən saf əqidəli insanları ətrafına toplayan YAP-ın milyonların partiyası olduğunu tarix özü sübut etdi. Bu gün partiyanın keçdiyi yola nəzər salınması, eyni zamanda müstəqilliyinin bərpasını qeyd edən Azərbaycan müasir tarixinin öyrənilməsi deməkdir. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların keçirilməsi partiyanın ətrafına toplaşan saf əqidəli insanlar üçün fəaliyyət proqramı oldu.
Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir partiya üzvü üçün böyük şərəf və məsuliyyətdir.
Xalqinfo.az
İclasın sonunda bir qrup gənc partiya üzvünə vəsiqələr təqdim edildi.
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
YAP İmişli rayon təşkilatının  geniş  iclası keçirilmişdir-
Geri qayıt