DataLife Engine > Xəbər, Sosial > Murad Dadaşovun filminin geyimləri oğurlanıb

Murad Dadaşovun filminin geyimləri oğurlanıb


20-09-2016, 14:52. Yerləşdirdi: sefa Murad Dadaşovun filminin geyimləri oğurlanıb
Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov oğurluqla üzləşib.

Xalqİnfo.az bildirir ki, “Report”un xəbərinə görə, polisə müraciət edən M.Dadaşov bildirib ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində layihə rəhbəri olduğu filmin çəkilişləri zamanı aktyorların istifadə etdikləri paltarlar və milli geyimlər naməlum şəraitdə oğurlanıb.
Polis fakt üzrə araşdırma aparır.
Məsələ ilə bağlı M.Dadaşovun özündən münasibət öyrənmək mümkün olmayıb.
Geri qayıt