DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Bu gün "Son zəng"dir

Bu gün "Son zəng"dir


30-05-2014, 09:14. Yerləşdirdi: Tural Bu gün "Son zəng"dir
Bu gün Azərbaycanın bəzi ümumtəhsil məktəblərində buraxılış günüdür. Xalqinfo.az -ın məlumatına görə, ümumtəhsil məktəblərində “Song zəng” tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir.

Qeyd edək ki, ölkədə “Son zəng” tədbirləri mayın 31-nə təyin edilib. 31 may tarixi şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik edilib. Nəticədə Azərbaycanda 5 günlük tədris həftəsi olan orta məktəblərdə “Son zəng” bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.

Bu il ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.
Nazirlikdən bildiriblər ki, “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məkətəblərini bu il 20410 nəfər şagird bitirir.

Geri qayıt