DataLife Engine > Xəbər > Gəncə gənclərindən möhtəşəm flashmob

Gəncə gənclərindən möhtəşəm flashmob


2-05-2016, 19:26. Yerləşdirdi: Kainat Gəncə gənclərindən möhtəşəm flashmobGəncə şəhərində gənclər növbəti rekorda imza atıblar
10152 nəfər gənc, şəhərin mərkəzində flashmob keçirib. Onlar Gəncə 2016 Avropa Gənclər Paytaxtının loqosunu canlandırıblar. Bizimyol.info həmin fotoları təqdim edir:

Xalqinfo.az bizimyol.info-ya istinadən bildirir ki, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub.

Qeyd edək ki, 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilib. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb.





Jalə Hüseynova



Xalqinfo.az
Geri qayıt