DataLife Engine > Xəbər > Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq


24-05-2014, 12:13. Yerləşdirdi: Tural Sabah 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 25-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən cənub və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Geri qayıt