DataLife Engine > Xəbər, Sosial > Bayram yarmarkaları başladı -

Bayram yarmarkaları başladı -


12-03-2016, 11:24. Yerləşdirdi: Tural Bayram yarmarkaları başladı -

Bu gündən Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkaları başlayır. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.

"Xalqinfo" anspress-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı yarmarkaları əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilir. Yarmarkalar mart ayının 20-dək davam edəcək.

Yarmarkaların baş tutacağı ünvanlar bunlardır:

Bakı şəhəri üzrə:

- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

- Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)
Geri qayıt