DataLife Engine > Xəbər, BLOK XƏBƏR > “Sabah”dan “Çırpınırdın, Qara dəniz”-

“Sabah”dan “Çırpınırdın, Qara dəniz”-


13-05-2014, 11:56. Yerləşdirdi: Tural “Sabah”dan “Çırpınırdın, Qara dəniz”-
Türkiyənin “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus “Çırpınırdın, Qara dəniz” mahnısının guya erməni şairi Sayat Novaya aid olması barədə verilmiş məlumatla əlaqədar təkzib çap olunub.


Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi “Çırpınırdın, Qara dəniz” mahnısı ilə bağlı konsulluğa arayış təqdim edəndən sonra həmin arayış “Sabah” qəzetinin redaksiyasına göndərilib: “Qəzetin məsul şəxslərindən biri ilə şəxsən danışdım və Azərbaycan xalqının etirazını bildirdim. “Sabah” qəzetinin rəhbərliyi bizim etirazımızı əsas götürüb təkzib verdi. Mənə dedilər ki, bu anlaşılmazlığın meydana gəlməsi Azərbaycan dilinin bölgənin aparıcı dili kimi aktual olması ilə əlaqədardır. Əlbəttə, bizim üçün fəxrdir ki, başqa ölkənin müəllifi Azərbaycan dilinə müraciət edib”.

H.Zeynalov əlavə edib ki, məqalənin müəllifi səhv etdiyini etiraf edib: “Həmin şəxs səhv etdiyini boynuna aldı. Düzdür, bizim aramızda olan söhbəti dərc etmədi, amma əsas odur ki, biz həqiqəti sübut etmək üçün təkzib verdirdik”.
“Sabah”dan “Çırpınırdın, Qara dəniz”-
Geri qayıt