DataLife Engine > Xəbər > Hacı Mirəziz Seyidzadə vəfat etdi

Hacı Mirəziz Seyidzadə vəfat etdi


12-05-2014, 10:09. Yerləşdirdi: Tural Hacı Mirəziz Seyidzadə vəfat etdi
Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.


“Xalqinfo” modern.az-a istinadən xəbər verir ki, Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub. Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb.

Xatırladaq ki, Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq.

Allah rəhmət eləsin!


Geri qayıt