DataLife Engine > Xəbər > Xanım Qafarovanın ayaqları tutuldu

Xanım Qafarovanın ayaqları tutuldu


9-05-2014, 09:56. Yerləşdirdi: Tural Xanım Qafarovanın ayaqları tutuldu
“Yerimək imkanım yoxdur, ayağa dura bilmirəm. Neçə gündür ayaqlarım tutulub”.


“Xalqinfo” xəbər verir ki, bunu AzNews-az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktirisası Xanım Qafarova deyib.

O bildirib ki, həkimlər ayaqlarının tutulmasını qanının aşağı düşməsi ilə bağlı olduğunu deyiblər: “Qəfil qanım aşağı düşdü. Bu səbəbdən də səhhətimdə problem yarandı”.

X. Qafarova müalicə məqsədilə ona qan köçürüldüyünü də deyib: “Əgər qanım qaydasına düşsə bu problem aradan qalxacaq. Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm”.

Qeyd edək ki, Xanım Qafarova onkoloyi xəstəlikdən əziyyət çəkir. O, bu xəstəlikə əlaqədar Azərbaycanda 3 dəfə əməliyyat olunub və Türkiyədə vaxtaşırı müalicə kursu alır.


Geri qayıt