DataLife Engine > Xəbər > Penitensiar xidmətin yeni maşınları-

Penitensiar xidmətin yeni maşınları-


2-05-2014, 22:19. Yerləşdirdi: Tural Penitensiar xidmətin yeni maşınları-
Azərbaycanda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üçün ilk dəfə olaraq zirehli maşın alınıb.


“Qafqazinfo” Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin cihazqayırma zavodunun istehsalı olan zirehli maşın Penitensiar Xidmətin Mühafizə Alayı üçün alınıb.

Məqsəd alayın döyüş hazırlığını artırmaq, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətini təkmilləşdirməkdir.

Bir məqsəd də zirehli maşından mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə etməkdir.

Penitensiar xidmətin yeni maşınları-
Geri qayıt