DataLife Engine > Xəbər, Dünya > Müharibə

Müharibə


25-05-2015, 15:27. Yerləşdirdi: Kainat MüharibəSəudiyyə Ərəbistanı Yəmənlə sərhəddə döyüş hazırlığını yüksək səviyyəyə çatdırıldığını elan edib.

Xalqinfo.az-ın məlumatına görə, Ərəbistan Krallığı bu addımı "sərhəd regionunda vəziyyətin hədindən çox kəskinləşməsinə və Yəmən tərəfindən krallıq ərazisinin tez-tez atəşə məruz qaldığına görə atıb.

Ümumiyyətlə, iki ölkə arasındakı sərhəddə indiyədək qarşılıqlı şəkildə xeyli sayda insident baş verib, yaşayış məntəqələri atəşə məruz qalıb, bir neçə insan, o cümlədən Səudiyyə Ərəbistanı ordusunun hərbi qulluqçuları həlak olub.

Xatırladaq ki, bu il martın 26-da "Ərəb koalisiyası" üzrə müttəfiqlər ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri "Ənsar Allah" şiə hərəkatının mövqelərini bombalamağa başlayıb. Koalisiya qüvvələri Yəmənin hava məkanını nəzarətə götürüb.
Mənbə
ANS PRESS
Geri qayıt