DataLife Engine > Xəbər, Dünya > Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir

Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir


30-04-2015, 16:51. Yerləşdirdi: Kainat Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimirYəmənin Səudiyyə ilə sərhəddi və cənub ərazilər bombardmanlara məruz qalıb.

Xalqinfo.az bildirir ki,İslamazeri.az-ın Yəmən mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı aviasiyası növbəti dəfə Yəmən ərazilərini bombardman etməyə davam edir. Səudiyyə aviasiyası Adən şəhərində yerləşən "Ənsarallah" xalq hərəkatı və Yəmən ordusunun mövqelərinə zərbələr endirib. Ümumilikdə ötən sutka ərzində Adən ərazisində 44 nəfərin öldüyü bildirilir. Səada vilayətinin Səudiyyə ilə sərhəd rayonları Səudiyyə artilleriası tərəfindən zərbələrə məruz qalır. Yerli özünümüdafiə komitələri təcavüzkarla qarşılıqlı cavab atəşi açırlar. Səna şəhəri hər gün mütamadi olaraq aviasiya zərbələrinə məruz qalır. Son günlər ən intensiv zərbələr Səna Beynəlxaq Hava limanı ətrafı və əraizisi olub. Hudeydə şəhərinə endirilən aviazərbələr nəticəsində Beynləxalq Hava Limanının uçuş zolağı dağıdılıb. Səada vilayətinə endirilən aviazərbələr nəticəsində iniyədək 1500 ailənin evi dağıdılıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının mart ayının 26-dan Yəmən ərazisinə başlatdığı təcavüz nəticəsində minlərlə günahsız vətəndaş həlak olub, minlərlə vətəndaş isə yaralanıb. Səudiyyə rejimi Yəməni dənizdən, qurudan və havadan blokada vəziyyətinə salıb. Ölkədə humanitar vəziyyət günü-gündən ağırlaşır. Benəlxalq Humanitar Yardım Təşkilatlarının Yəmənə yardım edilməsinə Səudiyyə Ərəbistanı rejimi maneələr yaradır.
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü səngimir
Geri qayıt