DataLife Engine > Xəbər, İqtisadiyyat > Bakıda bəyin gəlini döyməsinin səbəbi bilindi:

Bakıda bəyin gəlini döyməsinin səbəbi bilindi:


27-04-2015, 11:50. Yerləşdirdi: Kainat Bakıda bəyin gəlini döyməsinin səbəbi bilindi:  Bakının Nizami rayonunda keçirilən toy məclisində görünməmiş hadisə baş verib.

Xalqiinfo.az bilriri ki,Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəylə gəlin arasında şəxsi münaqişə zəmnində dava düşüb. Dava zamanı bəy gəlinini vurub. Sonradan davaya toya gələn qonaqlar müdaxil ediblər.

Qonaqların müdaxiləsindən sonra ara sakitləşib və toy mərasimi davam edib. Sonradan bəy Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə dəvət olunub. Bəy izahat yazıb və sərbəst buraxılıb.

İşi araşdıran təhqiqatçı Rövşən Rəhimlinin ANS PRESS-ə verdiyi məlumata görə, mübahisə toy qurtarana yaxın olub. Mübahisə valideynlərlə bağlı yaranmış narazıçılıq səbəbindən yaranıb.

“Əslində elə ciddi hadisə olmayıb. Deyildiyi kimi bəy gəlini döyməyib. Problem artıq həll olunub”, - deyə Rövşən Rəhimli bildirib.

Hadisə baş verən şadlıq sarayından ANS PRESS-ə bildirdilər ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Sonradan onu vurub. Bundan sonra bir neçə dəqiqə toyda münaqişə yaranıb. Sonradan problem həll olunub.

“Toy qurtaranda da hər şey qaydasında olub. Bəylə gəlin zaldan vağzalı havası ilə çıxıblar”, - deyə şadlıq sarayından bildirilib.
Mənbə
ANS PRESS

Geri qayıt