DataLife Engine > Xəbər, Din > Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edildi

Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edildi


15-04-2015, 19:38. Yerləşdirdi: Tural Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakıdakı Heydər Məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

Qeyd edək ki, siyahıdakı obyektlərin mühafizəsi dövlət büdcəsindən maliyyələşdirilən və maliyyə yardımı alan müəssisə və təşkilatlarda dövlət büdcəsinin vəsaiti, təsərrüfathesablı müəssisə və təşkilatlarda isə öz vəsaiti hesabına təmin edilir.
Geri qayıt