DataLife Engine > Xəbər > Sabirabad sakini özünü bıçaqladı?

Sabirabad sakini özünü bıçaqladı?


11-04-2015, 22:03. Yerləşdirdi: Esi Sabirabad sakini özünü bıçaqladı?Sabirabad sakini bıçaqla özünə ağır xəsarət yetirib.

Xalqinfo.az apa-ya istinadən bildirir ki, ötən gecə saat 22.30 radələrində Şirvan şəhər xəstəxanasına bıçaq yarası almış xəstə daxil olub. Sabirabad rayon Osmanlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağır stabildir.

Sabirabad polis şöbəsindən verilən məlumata görə, yaralı bıçaq xəsarətini özü özünə yetirdiyini iddia edir.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt