DataLife Engine > Xəbər > Bakıda çoxmərtəbəli bina yandı

Bakıda çoxmərtəbəli bina yandı


31-03-2015, 10:01. Yerləşdirdi: Tural Bakıda çoxmərtəbəli bina yandı
Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binada yanğın olub.

ans press-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri qayıt