DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Cəbhə Xocalı faciəsi andı

Cəbhə Xocalı faciəsi andı


26-02-2015, 16:16. Yerləşdirdi: Kainat Cəbhə Xocalı faciəsi andıXocalı faciəsinin 23-cü ildönümü münasibətilə Horadiz şəhərindəki Qəhrəmanlar Parkında anım tədbiri keçirilib. Min nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, soyqırım qurbanlarının ruhuna dualar oxunub.

Xalqinfo.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından danışıb, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Bildirilib ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.

A.Alıyev vurğulayıb ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının sərsəm ideyasıdır. Bu, kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

O deyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq."

Diqqətə çatdırılıb ki, bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

A.Alıyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədəalət kompaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən söz açıb.

Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.

Xatırladaq ki, bu gün rayonun orta məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunub.
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı
Cəbhə Xocalı faciəsi andı

Mənbə
ANS PRESS
Geri qayıt