DataLife Engine > Xəbər > Azərbaycanlı "lotu"lar restoranda atışdı

Azərbaycanlı "lotu"lar restoranda atışdı


13-02-2015, 10:50. Yerləşdirdi: Tural Azərbaycanlı "lotu"lar restoranda atışdı
İki gün əvvəl Moskvada "Abşeron" restoranında baş vermiş atışmanı iki azərbaycanlı qanuni oğrunun adamları təşkil edibmiş. ANS PRESS-in məlumatına görə, bu barədə "Rosbalt"a hüquq-mühafizə orqanlarında olan mənbə açıqlama verib.

Tədqiqatçılar paytaxt restoranında atışmanın təfərrüatlarını açıqlayıblar.

Məlumata görə, adı çəkilən məkanda "qanuni oğru" Nadir Salifovun (Lotu Quli) və bir sıra başqa qruplaşmaların nümayəndələrinin kriminal "razborkası" olub.

Bildirilir ki, kriminal müharibə hələ 2014-cü ilin payızında başlayıb. Onda Lotu Qulinin nümayəndələri avtosalonlardan birinin kriminal "krışası" Ruslan adlı avtoritetə iddialarını irəli sürüblər. O isə dərhal iki qruplaşmaya – inquş briqadası və "qanuni oğru" Rövşən Canievə (Rövşən Lənkəranskiy) yardım üçün müraciət edib.

2014-cü ilin payızında kriminal tərəflər arasında bir neçə silahlı insident olub, onlardan birində Ruslan dörd güllə yarası alıb.

Daha sonra münaqişə tərəfləri 2015-ci il 10 fevral gecəsi 15-ci Park küçəsindəki "Abşeron" restoranında məsələni müzakirə etmək üçün razılığa gəliblər. Masa arxasında Ruslan və Rövşənə yaxın azərbaycanlılar oturub və tezliklə Lotu Qulinin adamları da onlara yaxınlaşıb.

Amma söhbət alınmayıb və tərəflər silaha əl atıblar.

Atışmanın gedişatında üç nəfər öldürülüb bir o qədər sayda da xəsarət alan olub.
Geri qayıt