DataLife Engine > Xəbər, Dünya > Rusiya da irana qarşı sanksiaları tələb edir

Rusiya da irana qarşı sanksiaları tələb edir


19-01-2015, 15:06. Yerləşdirdi: Kainat Rusiya da irana qarşı sanksiaları tələb edir"İranın nüvə proqramı üzrə razılığa gəlmək üçün tərəflərin siyasi iradəsi var. Dünyanın altı ölkəsi İranın nüvə proqramının məhdudlaşdırılmasına dair danışıqlar aparır. Bunun üçün əvvəlcə sanksiyalar yumşaldılmalıdır."

Xalqinfo.az-ın məlumatına görə, bunu danışıqlarda Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Cenevrədə bir gün əvvəl İran və 6 dövlət arasında nüvə danışıqlarında "məhdud" irəliləyiş baş verib. Danışıqlar İran, Böyük Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniya arasında aparılır.

Qərb diplomatlarından biri "Reuters"ə açıqlama verib ki, həqiqətən də Cenevrə danışıqlarında "məhdud" irəliləyiş olub. Ekspertlər yanvarın 19-da da görüşəcəklər. Hər kəs cəhdlərin artırılmasını istəyir.

Qeyd edək ki, tərəflər bu ilin martınadək siyasi saziş, iyunun 30-dək təfsilatlı saziş əldə etmək fikrindədirlər.
Mənbə
ANS PRESS
Geri qayıt