DataLife Engine > Xəbər > Göyçayda iki minik maşını toqquşub:

Göyçayda iki minik maşını toqquşub:


19-01-2015, 10:33. Yerləşdirdi: Esi Göyçayda iki minik maşını toqquşub:Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

apa-nın xəbərinə görə, hadisə dünən saat 14 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb.

Şəhər sakini, 1982-ci il təvəllüdlü Rzayev İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Şəhadət kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Orxan Elbrus oğluna məxsus “VAZ 2106” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt