DataLife Engine > Xəbər > Şəkidə ağır qəza:

Şəkidə ağır qəza:


16-01-2015, 12:29. Yerləşdirdi: Esi Şəkidə ağır qəza:Şəkidə ağır qəza baş verib. Xalqinfo.az-ın “Kanal-s”-ə istinadən verdiyi məlumata görə, şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınan qəzada bir nəfər həyatını itirib. Qəza 10 RL 617 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobilin idarəetməni itirərək yoldan çıxması nəticəsində baş verib. Nəticədə avtomobil yol kənarındakı səki ilə hərəkət edən 35 -40 yaşlarında piyada qadını vurub. Hələlik kimliyi məlum olmayan qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Xəsarət alan sürücü isə Şəki Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt