DataLife Engine > Xəbər > Azərbaycanda bir gecədə 3 ev yandı

Azərbaycanda bir gecədə 3 ev yandı


13-01-2015, 10:48. Yerləşdirdi: Esi Azərbaycanda bir gecədə 3 ev yandıBakıda və İmişlidə yanğın olub.

Xalqinfo.az FHN-in saytına istinadən bildirir ki, səhərə yaxın Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 82 kv.m olan 4-otaqlı mənzilin 1 otağı, dəhlizi və ev əşyaları 25 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6-otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ikinci mərtəbədə 1 otağın tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dünən axşam Xəzər rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3-otaqlı evin zirzəmisinə yığılmış qarışıq mallar 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişli şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 165 kv.m olan kürsülü birmərtəbəli 7-otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt