DataLife Engine > Xəbər > SOCAR-da konferans

SOCAR-da konferans


8-01-2015, 11:00. Yerləşdirdi: Kainat SOCAR-da konferansSOCAR-ın baş ofisində ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, emal üzrə vitse-prezident David Məmmədov, şirkətin müəssisələrinin və əməliyyat şirkətləri rəhbərlərinin iştirakı ilə ekoloji məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Xaqinfo.az-ın islamazeri.az-a istinadən verilən məlumata görə, müşavirədə hasilat zamanı əmələ gələn lay sularının idarə olunması, mövcud standartlara uyğun təmizlənilməsi və neft şlamlarının utilizasiya edilməsi məsələləri müzakirə edilib.

Tədbirdə 2014-cü il ərzində lay sularının təmizlənməsi sahəsində görülən işlərin nəticələri və 2015-ci ildə qarşıda duran məsələlər müzakirə edilib.
Geri qayıt