» » Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTO

Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTO

Bölmə: Xəbər, MANŞET
Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTORza Zərrabın 58 milyon dollarlıq təyyarəsi

Türkiyədə yaşayan və məşhur türkiyəli müğənni Ebru Gündəşlə evli olan Azərbaycan əsilli iş adamı Rza Zərrab özünə 58 milyon dəyərində “Gulfstream G550” model təyyarə alıb.

ailem.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sahibi olduğu “ARE” hava yolları şirkətinə aldığı təyyarənin fotosu Zərrabın “Royal Holding” şirkətinin “Facebook” səhifəsində paylaşılıb.

Bundan başqa Rza Zərrabın “Bombardier Challenger 300” markalı bir digər təyyarəsi də var. Zərrab 2015-ci ilin sonuna kimi təyyarələrinin sayını 3 etmək niyyətindədir.

Qeyd edək ki, Zərrab ötən ilin sonunda korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilmiş, bir neçə gün sonra azadlığa buraxılmışdı. O, həyat yoldaşı Ebru Gündəşə milyonluq hədiyyələr alması ilə də zaman-zaman Türkiyə mətbuatının gündəminə gəlir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler