» » Məhkəməsinə günlər qalmış vəfat etdi

Məhkəməsinə günlər qalmış vəfat etdi

Bölmə: Xəbər, Dünya
Məhkəməsinə günlər qalmış vəfat etdi1998-ci ildə Afrikadakı ABŞ səfirliklərinə hücumlarda şübhəli bilinən Əl-Qaidə liderlərindən biri Abu Anas al-Libi məhkəməsinə bir neçə gün qalmış vəfat edib.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, 50 yaşlı terrorçunun vəkili onun cümə günü müalicə olunduğu xəstəxanada qara ciyər xərçəngindən dünyasını dəyişdiyini deyib.
Libinin həyat yoldaşı Um Abdullah isə ABŞ hökumətini günahsız adamı oğurlamaqda, onunla pis rəftar etməkdə və onu öldürməkdə ittiham edib.

Libi 2013-cü ildə ABŞ-ın Tripoli şəhərində etdiyi reyd nəticəsində tutulmuşdu. Yanvarın 12-də o, 1998-ci ildə baş verən hücumlara görə məhkəmədə iştirak etməli idi.
ABŞ-ın iddiasına görə, onun təşkil etdiyi hücumlar nəticəsində Keniya və Tanzaniyada 220-dən çox adam öldürülüb. Əsl adı Nazih Abdul-Hamed al-Ruqai olan Liby terrorçuluq ittihamlarını rədd edirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler