» » Ermənistan Avrasiya İttifaqına qoşuldu

Ermənistan Avrasiya İttifaqına qoşuldu

Bölmə: Xəbər, Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Ermənistan Avrasiya İttifaqına qoşulduErmənistan 2015-ci il yanvarın 2-dən rəsmən Belarus, Qazaxıstan və Rusiyanın da daxil olduqları Avrasiya İqtisadi İttifaqının üzvü oldu.
2022-ci ilədək Yerevan Aİİ-də tətbiq edilən vahid gömrük tarifinə keçməlidir.
Bu haqda müvafiq saziş 2014-cü ilin oktyabr ayında imzalanıb.
Cari ilin sonunadək Ermənistan Aİİ icra orqanlarında məhdud formatda təmsil olunacaq: hər biri üç səsə malik olan Belarus, Qazaxıstan və Rusiyadan fərqli olaraq, Ermənistan nümayəndəyili bir səs hüququna malik olacaq.
May ayında bu təşkilata Qırğızıstan da birləşəcək.
Avrasiya İttifaqı layihəsi MDB məkanında fəal tətbiq edilən Rusiya layihəsidir.
ABŞ-ın sabiq dövlət katibi Hillary Clinton Avrasiya İqtisadi İttifaqını bölgənin yenidən sovetləşdirilməsi cəhdi adlandırmışdı.
Mənbə
Bizimyol.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler