» » Ana övladının üzünü ilk dəfə

Ana övladının üzünü ilk dəfə görə bildi

Bölmə: Xəbər
Ana övladının üzünü ilk dəfə Cəmilə Kılıç 13 aydır dünyaya gətirib böyütdüyü oğlunun üzünü ilk dəfə gördü.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, hadisə Türkiyənin Samsun vilayətində yaşanıb. 10 ildir ailəli olan Fərhad və Cəmilə Kılıçın 13 ay əvvəl oğlu dünyaya gəlib.

Cəmilə Kılıç 13 yaşında sağ, 4 il əvvəl sol gözü görmə qabiliyyətini itirib. Ana olan qadın oğlunun üzünü görə bilmədiyinə görə, çox pis olduğunu bildirib.

Oğlu səkkiz aylıq olanda qəza nəticəsində beyin ölümü baş vermiş kişi orqanlarını bağışlayıb. Həmin şəxsin korneası C.Kılıça köçürülüb. Əməliyyatdan sonra ilk dəfə oğlunun üzünü görən qadın çox xoşbəxt olduğunu deyib. Cəmi 20% görmə qabiliyyəti olan qadın əməliyyatdan sonra 100%-ə qədər görə bilib. O, insanları orqan bağışlamaq məsələsində daha həssas yanaşmağa səsləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler