» » 1 yanvardan qüvvəyə minən

1 yanvardan qüvvəyə minən qanunlar

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR
1 yanvardan qüvvəyə minən Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.


Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibinə əsasən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 8 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,2 il ərzində 9 ədəd kostyum tipli üst geyimlər, 2,5 il ərzində 9 ədəd alt geyimlər, 1,5 il ərzində 7 cüt corab məmulatları, 5 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxildir.


Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 9 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,8 il ərzində 8 ədəd kostyum tipli üst geyimlər, 2,7 il ərzində 9 ədəd alt geyimlər, 2 il ərzində 4,5 cüt corab məmulatları, 6,4 il ərzində 3 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 5 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxil edilib.


Uşaqlar (0-15yaş) üçün adambaşına minimum istehlak səbətinə 2,6 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 2 il ərzində 12 ədəd kostyum tipli üst geyimlər, 2 il ərzində 12 ədəd alt geyimlər, 1,3 il ərzində 6 cüt corab məmulatları, 3 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 1,3 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 41 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxil edilib.


Bu gün həmçinin Azərbaycanda minimum istehlak səbətinə daxil olan aylıq rabitə və internet xidmətlərinin yeni tarifi yanvarın 1-dən qüvvəyə minib.


Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə daxil olan aylıq rabitə və internet tarifini hesablamaq üçün yeni qaydadan istifadə edilir.



Azərbaycanda aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən ediləcək. İnternet xidmətlərindən istifadə haqqı isə 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdiriləcək.



Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibi qüvvəyə minib.


Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün adambaşına minimum istehlak səbətinə eyni səviyyədə olmaqla 1 il ərzində 12 kv.m mənzil, 12 kv.m mənzilin qızdırılması, ayda 5 kub.m isti və soyuq su təchizatı, ayda 5 kub. m kanalizasiya, ayda 21 kub.m qaz təchizatı, ayda 50 kVt/s enerji təchizatı, bir ayda xidmətlərə sərf olunan ümumi xərcə nisbətdə 10 faiz digər xidmətlər daxildir.


Nəqliyyat xərcləri isə bu qruplar üçüm müxtəlifdir. Əmək qabiliyyətli əhali adambaşına minimum istehlak səbətinə 1 ildə 692 gediş, pensiyaçılar üçün 365 gediş, uşaqlar üçün isə 406 gediş müəyyənləşdirilib.


Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.


Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.


Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış veriləcək. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunacaq. Bu orqanların vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.


Nikah Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanacaq. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.


Ancaq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmələri ilə bağlı hələ bir sıra məsələlər də həllini tapmayıb. Məsələn, Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısını, tibbi arayış formasını müəyyən etməlidir. Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən 3 ay müddətində Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı, tibbi müayinə ilə bağlı arayışın forması müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

Mənbə
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler