» » Müdafiə naziri və nazirliyin rəhbər heyəti Baş Klinik Hospitalında olublar

Müdafiə naziri və nazirliyin rəhbər heyəti Baş Klinik Hospitalında olublar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Müdafiə naziri və nazirliyin rəhbər heyəti Baş Klinik Hospitalında olublarXalqinfo.az bildirir ki, bu barədə "Müdafiə Nazirliyinin" mətbuat xidməti məlumat verib.Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik
Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıqdan sonra, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayramlar münasibəti ilə təbrik edib.

Müalicə alan hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və tezliklə sağalıb Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında yeni uğurlar qazanmaq əzmində olduqlarını ifadə ediblər.

Sonda Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.(Ensonxeber.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler