» » Milli Məclis sədaqət andı qəbul etdi

Milli Məclis sədaqət andı qəbul etdi

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Milli Məclis sədaqət andı  qəbul etdiMilli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Xalqinfo.az xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunda ölkə tarixində ilk dəfə olaraq Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığı bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içməsi təklif olunur.

Bununla bağlı qanuna yeni 15-1 maddəsi əlavə edilir. Yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (soyadı, adı, atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Layihə səsə qoyularaq qəbul olunub.

Milli Məclis “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”ni də təsdiq edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyannamə haqda məlumat verib.

Müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı bildirib ki, bəyannamənin təsdiqindən sonra İrandakı bəzi qüvvələr Azərbaycana qarşı basqısını daha da artacaq.

S. Seyidov isə bildirib ki, bəyannamədə hər iki dövlətin suverenliyinin toxunulmazlığı, iki ölkə arasındakı münasibətlərin qorunması əsas amil kimi götürülüb: “Sənəddə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər”.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler