» » Bayramqabağı qəzaya düşdülər:

Bayramqabağı qəzaya düşdülər: 7 yaralı

Bölmə: Xəbər
Bayramqabağı qəzaya düşdülər: Lənkəranda 7 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran rayon sakini Rafiq Axundovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili onun həmyerlisi Asim Balaşovun idarə etdiyi “BYD” markalı maşınla toqquşub. Güclü zərbə nəticəsində hər iki maşın yararsız hala düşüb, onların salonunda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan 7 nəfərdən 3-ü, Adil, Zəhra və Zeynəb Rəcəblilər bir ailənin üzvüdürlər. Vəziyyətləri daha ağır olan 39 yaşlı Adil və 3 yaşlı Zeynəb Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə, digər maşında olan sərnişinlər, rayonun İstisu qəsəbə sakinləri, 29 yaşlı Çingiz Əliyev, 25 yaşlı Asim Balaşov, 23 yaşlı Elmar Həsənov və “VAZ-2107”-nin sürücüsü, 57 yaşlı Rafiq Axundov travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin versiyaya görə, hərəkətdə olan “BVD” markalı avtomobilin qarşısına it çıxdığından sürücü maşını qarşı yola qaçırdıb və “VAZ-2107”-nin yoluna çıxıb.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler