» » İŞİD-ə qarşı hücma hazırlaşırlar

İŞİD-ə qarşı hücma hazırlaşırlar

Bölmə: Xəbər, Dünya
İŞİD-ə qarşı  hücma hazırlaşırlarBaşda Mosul və neftlə zəngin Beyce olmaq üzrə İraqın bir çox vilayətlərini işğal edən İŞİD-ə qarşı Bağdad rəhbərliyi geniş miqyaslı hücuma hazırlaşır.

Xalqinfo.az bildirir ki, bu məqsədlə ABŞ 61, Küveyt isə 300 tank İraqa göndərir. İraq səlahiyyətlilərinin verdiyi açıqlamada deyilir ki, 357 min sünni müsəlman İŞİD-ə qarşı döyüşmək üçün hərbi mərkəzlərə yazılıb.

Artıq İraq ordusu İŞİD-ə qarşı üzun müddət davam edəcəyi gözlənilən hücuma hazırlaşmaq üçün Mosul şəhərinin ətrafına səngərlərin və mövqelərin hazırlamasına başlayıb.

İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Məcid Qaravi bildirib ki, Vaşinqton ilə Bağdad arasındakı hərbi razılaşma çərçivəsində İŞİD-ə qarşı hücum üçün yanvar ayında 61 "Abrahams" tankı göndərəcək. Küveyt isə İraq ordusuna 300 tankı hədiyyə edəcək.

ABŞ Müdafiə Nazirliyinin Əfqanıstandan çıxarıb Küveytə yerləşdirdiyi 3 min 100 mina əleyhinə texnikanın da İŞİD-ə qarşı istifadə olunacağı gözlənilir.

İraqın Sünni Əhli və Camaat Fətva Şurasından verilən məluymatda deyilir ki, 357 min nəfər könüllü olaraq İŞİD-ə qarşı vuruşmaq üçün adını yazdırıb. Sünni din xadimləri Bağdad rəhbərliyindən könüllü sünni döyüşçülərə hərbi təlim keçmək və onları silahlandırmaq üçün təcili hərəkətə keçməsini istəyib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler