» » Ovada ovlanan hakim-

Ovada ovlanan hakim- Viktor Rakitski

Bölmə: Xəbər, Dünya
Ovada ovlanan  hakim-Belarus Ali Məhkəməsinin hakimi Viktor Rakitski ov edərkən həlak olub.

Xalqinfo.az Publika.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus İstintaq Komitəsi bildirib.

Komitədən verilən məlumata görə, hakim 27 dekabrda həlak olub. Güllə yarası alan hakim hadisə yerində dünyasını dəyişib. Onunla ovda olanların kimliyi açıqlanmasa da, Minsk sakinlərinin olduğu bildirilir.

İstintaq Komitəsi “ehtiyatsızlıqdan adam vurma” maddəsi üzrə cinayət işi qaldırıb. Hadisə ilə bağlı saxlanılanlar barədə məlumat yoxdur.

Viktor Rakitski daha əvvəllər rayon məhkəmələrində, 2000-ci illərin əvvəlində isə Minsk vilayət məhkəməsində işləyib və daha sonra Ali Məhkəməyə keçib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler